Ukraynadan Rusiyaya keçən qaçqınların sayı AÇIQLANDI

Ukraynadan Rusiyaya keçən qaçqınların sayı  AÇIQLANDI<span class="qirmizi"></span>

Ötən ilin fevralından Rusiyaya Ukrayna ərazisindən gələn qaçqınların sayı 5,2 milyon nəfəri ötüb.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Rusiya Hüquq-Mühafizə orqanından bildiriblər.

Qeyd olunur ki, hər gün orta hesabla Ukrayna ərazisindən Rusiyaya 4000-dən çox insan gəlir.

Rusiya qaçqınlar üçün 897 müvəqqəti yerləşdirmə mərkəzi yaradıb və yalnız 40 minə yaxın köçkün onlardan istifadə edib.

Mənbə: redaktor.az