Ərdoğan Rusiyanın türk bölgələrindən danışdı: "Tatarıstan və Dağıstanla bağlı müraciətimiz..."

Ərdoğan Rusiyanın türk bölgələrindən danışdı: "Tatarıstan və Dağıstanla bağlı müraciətimiz..."<span class="qirmizi"></span>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə münasibətlərinin dürüstlük üzərində qurulduğunu deyib.

Publika.az xəbər TRT Haber telekanalına istinadən xəbər verir ki, o, bu barədə Biləcik şəhərində gənclər qarşısında çıxışı zamanı bildirib.

Türkiyə dövlət başçısı əmin edib ki, onun Putinlə münasibətləri dürüstlük üzərində qurulub və Türkiyə Dağıstan və Tatarıstanla bağlı sorğulara cavab tapır.

“Rusiya ilə münasibətlərdə bizim hörmət və inamımız var. Bu isə mənim cənab Putinlə münasibətimin dürüstlüyünə əsaslanır. Tatarıstan, Dağıstan və bütün digər regionlarla bağlı müraciətlərimiz cavablandırılır”.

Bundan əvvəl, yanvarın 15-də Muğla şəhərində gənclərlə görüşündə Ərdoğan Türkiyənin Rusiya ilə və şəxsən Putinlə münasibətlərini qoruduğunu, eyni zamanda bu ölkəyə hamının hücum etdiyini bildirmişdi. Noyabr ayında o, Qərb liderlərinin Putinə mənfi münasibətinin yanlış olduğunu düşündüyünü söyləyib.

“Əgər siz Rusiya kimi dövlətə mənfi yanaşsanız, o (Putin), təzyiqlərə məhəl qoymadan özünü lider kimi göstərəcək”, - Türkiyə Prezidenti qeyd edib.

 

2021-ci ildə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı (hakim Ədalət və İnkişaf Partiyası ilə koalisiyada) Ərdoğana Tatarıstan və Dağıstan da daxil olmaqla Rusiyanın 20-yə yaxın bölgəsinin daxil olduğu “Türk dünyası” xəritəsini hədiyyə edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov hədiyyədə utancverici heç nə görmədiyini və Türkiyə tərəfinin soydaşlarla əlaqə saxlamağa çalışdığını bildirmişdi.

Sergey Lavrov əlavə etmişdi ki, Xarici İşlər Nazirliyi Türkiyənin digər türkdilli xalqlarla mədəni əməkdaşlığına, dil ənənələrinin qorunmasına, humanitar və təhsil mübadilələrinə normal yanaşır.

Səxavət

Mənbə: publika.az