Türkiyə XİN: "BMT sülhməramlılarının mandatının uzadılmasına dair Şimali Kiprdən icazə alınmayıb"

Türkiyə XİN: "BMT sülhməramlılarının mandatının uzadılmasına dair Şimali Kiprdən icazə alınmayıb"<span class="qirmizi"></span>

Türkiyə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 30 yanvar 2023-cü il tarixində qəbul etdiyi qərarla Kipr adasında yerləşən BMT Sülhməramlı Qüvvələrinin mandatını daha bir il uzadılmasına dair Şimali Kipr Türk Respublikası (ŞKTR) Xarici İşlər Nazirliyinin açıqlamasını tam dəstəkləyir.

Bu barədə APA-ya Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin hesabatlarında ŞKTR-nın iki dövlər prinsipi əsasında mövqeyi yer almayaraq, reallıqla əlaqəsi olmayan uğursuz olan həll yolları üzərində israr edilir.

Əlavə olaraq, BMT Sülhməramlı Qüvvələrinin mandatının uzadılmasına dair ŞKTR-dən icazənin alınmadığı da vurğulanıb.

“Bunun BMT-nin formalaşmış təcrübələrinə zidd olduğu dəfələrlə qeyd olunub. BMT Sülhməramlı Qüvvələrinin qanuni əsaslarla ŞKTR ərazisində fəaliyyətini davam etdirməsi vacibdir. Bununla bağlı ŞKTR səlahiyyətliləri tərəfindən atılacaq addımları tam dəstəkləyəcəyik. Kiprdə ədalətli və qalıcı həll yolunu açacaq ortaq zəmin, ərazidəki reallıqlara əsaslanmalıdır. Bu kontekstdə biz Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti Kipr türk xalqının suveren bərabərliyini və bərabər beynəlxalq statusunu tanımağa və adada iki ayrı xalq və iki ayrı dövlət olduğunu əsas alaraq ŞKTR-nı tanımağa çağırırıq”, - deyə Nazirliyin bəyanatında deyilir.

Mənbə: www.bizimyol.info