Əli İnsanov iqtidar və müxalifəti siyasi dialoqa çağırır

Əli İnsanov iqtidar və müxalifəti siyasi dialoqa çağırır<span class="qirmizi"></span>

Bu barədə Azpost.info-ya Haqq və Ədalət Partiyasının sədr müavini Zəlimxan Məmmədli bildirib.

Onun sözlərinə görə, indiki həssas məqamda milli birliyə nail olmaq ən mühüm məsələlərdən biridir. Zəlimxan Məmmədli bildirib regionda gedən proseslər Azərbaycanın milli maraqları üçün müəyyən təhlükələrə səbəb olub ki, belə bir məqamda siyasi qüvvələrin bir araya gəlməsi vacibdir. “Biz həmişə milli birliyin tərəfdarı olmuşuq. Bu baxımdan, hesab edirik ki, indiki həssas dönəmdə siyasi dialoqa ehtiyac var və biz bu prosesin davam etdirilməsində maraqlıyıq. Bu istiqamətdə də müəyyən işlər görülür. Geriləmə yoxdur”.

Z.Məmmədli bildirib ki, hazırda regionda təhlükəli proseslər baş verir, Azərbaycana müəyyən təhdidlər var: “Konkret olaraq İrandan təhdidlər gəlir. Əgər artıq İranla əlaqələri kəsiriksə, deməli, məsələ kifayət qədər ciddidir. Biz belə bir məqamda birləşməyi vacib hesab edirik. Düşünürük ki, hakimiyyətli, müxalifətli birgə vahid konsepsiya işlənməlidir. Bizim hədəflərimizidən biri budur və hesab edirəm ki, bu da baş tuitacaq”, – deyə Zəlimxan Məmmədli vurğulayıb.

Mənbə: pia.az