İran İsraili hədələdi: Güc tətbiq etməliyik!

Sionist rejimlə mübarizə aparmaq və onu Fələstinə təcavüzü dayandırmağa məcbur etmək üçün yeganə yol gücdən istifadədir.

Bu sözləri İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf deyib.

Əlcəzairdə İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin 17-ci sessiyası çərçivəsində Əlcəzair Məclisinin sədri İbrahim Buqali ilə görüşən Qalibaf İsrailin ancaq güc dili ilə anladığı üçün bu rejimə qarşı hərəkətə keçmək lazım olduğunu bildirib:

“Sionist rejimi müsəlmanlara və islam ölkələrinin ərazilərinə qarşı təcavüzünü dayandırmağa məcbur etməliyik”.

Xeberoxu.az

ƏVVƏLKİ XƏBƏR

"Qalatasaray" Türkiyə millisinin üzvünü icarəyə götürüb

SONRAKI XƏBƏR

25 hamilə qadın həkimlərdən Putinə ŞİKAYƏT ETDİ