Şolts Ukraynaya dəstək sualından sonra əsəbləşib

Almaniya kansleri Olaf Şolts Çiliyə səfəri zamanı Ukraynaya hərbi dəstək verilməsi ilə bağlı suala sərt cavab verib. O, qeyd edib ki, silah məsələsində faktlardan danışmaq lazımdır. Bu barədə “Welt” məlumat yayıb. Şolts jurnalistlər üçün SPD (Sosial-Demokrat Partiyası – Red)partiyasının lideri Zaskin Eksenin Almaniyadan döyüş təyyarələrinin Kiyevə gətiriləcəyini istisna etməyən bəyanatını şərh edib. O, Eksenin Ukraynanın dəstəyi ilə bağlı açıqlamalarının daxili siyasi motivlərlə bağlı olduğunu vurğulayıb.

“Silah kimi vacib məsələlərdə faktlar, rasional çəki haqqında danışmalıyıq. Bu, hər şeyi deyir”, - Almaniya lideri bildirib. Şolts əlavə edib ki, o, ABŞ prezidenti Co Baydenlə birlikdə “uçuşsuz zonalar”ın tətbiqini istisna edir, çünki bu, Rusiya ilə NATO arasında birbaşa qarşıdurmaya səbəb ola bilər.

İlkin Nəcəfzadə
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

17 ildir “kişi” kimi yaşayan Bilqeyis nənə - VİDEO

SONRAKI XƏBƏR

Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycan ekologiyasına vurduğu ziyan nümayiş etdirilib