Ukrayna Silahlı Qüvvələrinə nə mane ola bilə?

Ukrayna Silahlı Qüvvələrinə nə mane ola bilə?<span class="qirmizi"></span>

Ukraynaya Qərbin uzaqvuran yaylım atəşli reaktiv sistemləri, qabaqcıl HHM və tanklar tədarükünün ləngiməsi Ukraynanın iri əkshücuma başlaması üçün zaman itirməsi və döyüş meydanında təşəbbüsü ələ ala bilməməsinin başlıca amili olub.

Bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) analitiklərinin son hesabatında deyilir.

Qərb Ukraynaya silah dəstəyi göstərilməsini öhdəsinə götürüb, lakin USQ-nin sovet sistemlərindən Qərb siseminə keçirilməsi tələbini nəzərə almayıb.

Qeyd edilir ki, noyabrın 11-də Xerson azad ediləndə Ukrayna hərbçiləri yeni hücuma keçə bilməyib, bu da müharibəni rusların xeyrinə mövqe döyüşlərinə çevirib.

Əgər 2022-ci ilin yayında USQ Qərb texnikası nümunələrinə keçilməyə başlanılsaydı, Ukrayna "imkanlar pəncərəsi"ndən istifadə edib tükənən rus ordusundan təşəbbüsü ələ keçirə bilərdi.

Ukrayna komandanlığının Xersonu azad etdikdən sonra ehtyatlı davranışı Qərb tərəfdən döyüşlərdə məhv edilən və zədələnən texnikanın əvəzlənəcəyinə zəmanətlərin olmaması ilə bağlıdır. Ona görə də noyabrın ortalarında Xerson vilayətinin sağ sahilinin azad edilməsindən sonra cənubda döyüşlər yeni əks hücuma genişlənməyib.

Rusiyalılar bundan istifadə edib, ölkədə səfərbərlik elan edib və yeni "top yemi"nə hazırlığa başlayıb, bu da Donetsk vilayətində hücumların bərpasına gətirib çıxarıb, ilk növbədə USQ-ni əks hücuma hazırlıqdan yayındırmağa yönəlib.

Əgər Qərb liderləri Ukrayna tərəfindən 2022-ci ilin iyun ayında Qərb tanklarından istifadə etmək üçün şərait yaratsaydılar, Ukrayna qüvvələri noyabr və ya dekabr aylarında onlardan istifadə etməyə başlaya bilərdi.

Ukrayna hələ bu qış çoxdan planlaşdırılan əks hücuma başlaya bilər, bu da Qərbin lazımi hərbi yardım tədarükündə ləngimələri yumşalda bilər. Eyni zamanda, belə ləngimə Rusiyaya da öz hücumuna başlamaq üçün şərait yarada bilərdi.

Cəbhədə nə baş verir?

Rusiyalılar Baxmut, Avdeyevka və Novopavlovsk istiqamətlərdə, öz itkilərinə rəğmən, hücumu davam etdirirlər.

Bu günlər işğalçılar Uqledar şəhərinə hücum cəhdi edib. Jurnalist Yuri Butusovun sözlərinə görə, Uqledarın düşmən tərəfindən işğalı Ukrayna qüvvələrini Krım "dəhlizi"ndən sıxışdıracaq və düşmənin müdafiəsini möhkəmləndirəcək.

ISW qeyd edir ki, USQ Kremennaya və Zaporojye vilayətində əkshücumu bərpa edib. Eyni zamanda, Britaniya analitikləri hesab edir ki, artıq fevralda Ukraynaya 24 fevral 2022-ci ildə hərbi müdaxilənin ildönümündə Rusiya böyük hücuma başlaya bilər.

Mənbə: moderator.az