Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycan ekologiyasına vurduğu ziyan nümayiş etdirilib

Azərbaycan tərəfi bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Qarabağda qeyri-qanuni iqtisadi fəaliyyəti nətcəsində Azərbaycanın ekologiyasına vurduğu böyük ziyanı açıq şəkildə nümayiş etdirib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev tviter hesabında yazıb.

O qeyd edib ki, Laçın yolunun bağlanmasını sübut edən real faktlar yoxdur. Onun sözlərinə görə, Ermənistan Azərbaycandan fərqli olaraq, vəziyyəti yaxşılaşdırmaq üçün dialoqa can atmır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Şolts Ukraynaya dəstək sualından sonra əsəbləşib

SONRAKI XƏBƏR

Ukrayna Silahlı Qüvvələrinə nə mane ola bilə?