Piontkovskidən KRİTİK AÇIQLAMA: "Başqa bir Putin peyda ola bilər, o zaman..."

Piontkovskidən KRİTİK AÇIQLAMA: "Başqa bir Putin peyda ola bilər, o zaman..."<span class="qirmizi"></span>

"Ukraynanın gələcəkdə NATO-ya üzvlüyü artıq Qərbdə razılaşdırılmış məsələdir. Nəhayət, Kiyevin tərəfdaşları ölkənin slyansa qoşulması mövzusunu "təpədən dırnağa" müzakirə mövzusun çeviriblər"

Publika.az xəbər verir ki, bunu "Arqument"in yeni sayında rusiyalı publisist və politoloq Andrey Piontkovski deyib.

Onun fikrincə, əgər əvvəllər Qərb Ukraynanın NATO-ya üzvlüyü məsələsini Kiyevə xeyirxahlıq kimi qəbul edirdisə, indi bu, Qərbin təhlükəsizliyinin təminatıdır.

"Qərbdə artıq bu məsələ həll olunub - Ukraynanın NATO-ya üzvlüyü. Bir daha deyirəm, bu məsələ nəhayət ki, düzgün qoyulub: təpədən dırnağa. Ukraynanın NATO-ya üzvlüyü Ukraynaya bir növ lütf deyil. Bu, təhlükəsizliyin təminatıdır", - o deyib.

Piontkovski geosiyasi vəziyyətin dəyişməsini qeyd edib. İndi Qərb Ukraynanın qələbəsindən sonra da qalacaq Rusiyadan gələn təhlükəni yaxşı anlayır. Axı ruslar hələ də “rus dünyası” və “rus imperiyası” arzusunda olacaq yeni “Putini” hakimiyyətə gətirə bilər.

"Hamı başa düşür ki, 3 aydan sonra orada başqa bir Putin peyda ola bilər və yenidən Rusiya İmperiyası, "Rus dünyası" və s. haqqında hayqıra bilər. Amma o zaman Ukrayna artıq öz sərhədində olacaq və artıq silah paketləri üçün yalvarmaq məcburiyyətində qalmayacaq. O, bütün NATO silahları ilə təchiz olunacaq", - politoloq belə hesab edir.

Hüseyn İbadlı

Mənbə: publika.az