Belarusdan Ermənistan açıqlaması: KTMT-də iştirakla bağlı...

Belarusdan Ermənistan açıqlaması: KTMT-də iştirakla bağlı...

Belarus gələcəkdə Ermənistanla konstruktiv əməkdaşlığa ümid edir.

Bu barədə jurnalistlərə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz məlumat verib.

“Bəli, biz Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24” telekanalına müsahibəsini gördük və onun bizim tərəfimizdən hər hansı şərhə ehtiyacı olduğunu düşünmürük. Bizim erməni həmkarlarımızla normal əlaqəmiz var. Ermənistan bizim tərəfdaşımız olaraq qalır, KTMT ilə bağlı məsələlər ikitərəfli qarşılıqlı fəaliyyətimiz zamanı daim diqqət mərkəzindədir”, - Anatoli Qlaz vurğulayıb.

Onun sözlərinə görə, Belarus tərəfi gələcəkdə cari məsələlərin bütün spektri üzrə İrəvanla konstruktiv əməkdaşlığa ümid edir.

"KTMT-nin fəaliyyətinin hüquqi aspektlərinə gəlincə, bununla bağlı bizə heç bir rəsmi bildiriş daxil olmayıb", - o qeyd edib.

Murad

Mənbə: publika.az