Xarici kəşfiyyat, əcnəbi hərbçilər, ağır silahlar: Ermənistan hücuma hazırlaşır

Xarici kəşfiyyat, əcnəbi hərbçilər, ağır silahlar: Ermənistan hücuma hazırlaşır

“Rəsmi olaraq Fransanın Ermənistana verdiyi silahlar arasında 3 ədəd “GM200” radiolokasiyaları, daşınan zenit-raket kompleksləri və termal rejimdə fəaliyyət göstərən optik vasitələr yer alır. Bundan əvvəl Ermənistana “Bastion” zirehli maşınlarının 25 ədədlik partiyası verilmişdi”.

Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bütün bu proseslər göstərir ki, Ermənistan yenidən Azərbaycana qarşı revanşa hazırlaşır:

“Ermənistanın KTMT-də iştirakını dondurmaq barədə bəyanatından sonra dərhal Fransadan ona silahlar verildi. Bu da onu deməyə əsas verir ki, Fransanın addımları Azərbaycana qarşı və Rusiyanı bölgədə sıxışdırmağa yönəlib. Nəticə etibarilə bu gün Ermənistan ərazisində bir sıra ölkələrin hərbi qulluqçuları və silahları mövcuddur. Bu da sonda regionda qlobal güclərin maraqlarının toqquşacağını və hərbi müstəviyə keçəcəyindən xəbər verir. Ermənistan Azərbaycana qarşı təxribatlarına ara vermir, xüsusilə fevral ayında bu intensivləşib. Belə olan halda Fransa və Hindistandan Ermənistana verilən silahlar güc balansına təsir etməyəcək, əksinə, bölgədə yeni eskalasiyaya, bəlkə də gərginliyə gətirib çıxaracaq. Bu hadisələrin Ermənistan üçün nəticələri bəribaşdan məlumdur”.

Mənbə: yenisabah.az