Bunu Ukraynaya verməyəcəyik – Bayden

Bunu Ukraynaya verməyəcəyik –  Bayden<span class="qirmizi"></span>

ABŞ prezidenti Co Bayden ABŞ-ın Ukraynaya F-16-ları verməyəcəyini söyləyib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden Ağ Evdə müxbirin "ABŞ Ukraynaya F-16-lar verəcəkmi?" sualına “Xeyr” cavabını verib.

O, Rusiya-Ukrayna müharibəsinin ildönümündə Avropaya səfər edib-etməyəcəyi ilə bağlı suala da “Əmin deyiləm” – deyib.

Digər tərəfdən Bayden Polşaya səfər edəcəyini və lakin səfərin nə vaxt olacağını hələ bilmədiklərini bildirib.

Manşet.az

Mənbə: manset.az