Finlandiyada Quran kitabı yandırılmayacaq – Polis söz verdi

Finlandiyada Quran kitabı yandırılmayacaq – Polis söz verdi<span class="qirmizi"></span>

Bu yaxınlarda İsveçdə Quranın yandırılması ilə bağlı təşkil edilən aksiya Finlandiyada keçirilə bilməz.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Finlandiya polisi yayıb.

Mənbə qeyd edir ki, belə bir hadisə dinlərarası sülh meyarlarını pozur:

“Dini icmalardan birinin müqəddəs kitabının yandırılması da bu meyara daxildir. Nəticədə Finlandiyada cəzalandırılır”.

Bu gün Finlandiyanın xarici işlər naziri Pekka Haavisto mediaya açıqlamasında Quran kitabının yandırılmasını "bədbəxt hadisə" adlandırıb.
 

Mənbə: bizim.media