Ərdoğanın rəqibi bəlli oldu - CHP-li deputat canlı yayımda ad çəkdi, günü açıqladı

Ərdoğanın rəqibi bəlli oldu - CHP-li deputat canlı yayımda ad çəkdi, günü açıqladı<span class="qirmizi"></span>

"Əgər böyük bir təsadüf ortaya çıxmayacaqsa, o zaman fevralın 13-də "6-lı Masa"nın prezidentliyə namizədi açıqlanacaq".

Mia.az xəbər verir ki, bu sözləri CHP-nin İstanbul şəhərindən deputatı olan Sezgin Tanrıkulu Tele1 kanalında deyib.

O xatırladıb ki, "Millət ittifaqı"nın və 6"-lı Masa"nın onurğasını CHP təşkil edir: "Bu və ya digər böyük bir təsadüfi fövqəladə hal baş verməzsə, o zaman fevralın 13-də namizədimiz elan olunacaq. Masanın və ititfaqın vahid namizədi sədrimiz Kamal Kılıcdaroğlu olacaq".

Deputat İYİ partiyanın Kilicdaroğlunun namizədliyinin əleyhinə olması barədə suala cavabda deyib ki, belə bir narahatlıq yoxdur: "Maral Akşenerin lideri olduğu partiya son qərarını haqqdan yana verəcək".

Samir

Mənbə: www.mia.az