Yunanıstan Ukraynaya tank verməkdən imtina etdi

Yunanıstan Ukraynaya "Leopard 2" tanklarını verməkdən imtina edib .

Publika.az xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Yaponiyaya səfəri zamanı "Nikkei Asia" telekanalına müsahibəsində bildirib.

Mitsotakis Yunanıstanın Kiyevə əhəmiyyətli hərbi dəstək verdiyini , xüsusən də zirehli piyada maşınları tədarük etdiyini bildirib:

"Lakin biz "Leopard 2" tanklarını sadə səbəbə görə verməyəcəyik ki, onlar bizim müdafiə strategiyamız üçün tamamilə vacibdir. Biz Ukraynanı dəstəkləmək istəyirik, lakin müdafiə imkanlarımız hesabına yox", - deyə o, izah edib.

 

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Mövlud Çavuşoğlu Estoniyaya səfər edib

SONRAKI XƏBƏR

Bakıda tələbə qız eyvandan yıxılaraq öldü