Sülhməramlılar pul alıb, erməniləri Qarabağa gətirir?..

Sosial şəbəkələrin erməni seqmentində rus sülhməramlıların müxtəlif vətəndaşlardan pul alaraq, onları Ermənistandan Qarabağa gətirdiyi haqda məlumat yayılıb.

Axar.az xəbər verir ki, bu barədə yayılan məlumata Ermənistan reaksiya verib.

Bildirilib ki, hadisənin rus sülhməramlıları ilə heç bir əlaqəsi yoxdur. Belə ki, bir neçə şəxs Ermənistanda özlərini Rusiya sülhməramlısı kimi təqdim edərək, insanlardan Qarabağa gedib-qayıtması üçün pul toplayıb.

Ermənistan hüquq-mühafizə orqanları həmin şəxsləri axtarmağa başlayıblar.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Hollivud aktyoru erməni kilsəsinə getdi

SONRAKI XƏBƏR

Ermənistan keçmişin səhvlərindən dərs çıxarmalı, sülh müqaviləsini imzalamalıdır - XİN