Paşinyan Qazaxıstana gedir

Paşinyan Qazaxıstana gedir<span class="qirmizi"></span>

Rusiyanın baş naziri Mixail Mişustin və Ermənistan rəhbəri Nikol Paşinyan Qazaxıstanda görüşəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, görüş Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində baş tutacaq.

Məlumata görə, Baş nazirlər arasındakı görüş Mişustinin ikitərəfli görüşlərinin gündəliyində birinci olacaq.

Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası 2023-cü il fevralın 2-3-də Almatıda keçiriləcək.

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org