Nazir Saakaşvilinin reanimasiyada qalmasına etiraz etdi

Nazir Saakaşvilinin reanimasiyada qalmasına etiraz etdi<span class="qirmizi"></span>

Gürcüstanın ədliyyə naziri Rati Breqadze bəyan edib ki, Mixail Saakaşvilinin reanimasiya şöbəsinə köçürülməsi üçün heç bir obyektiv səbəb yoxdur.

Publika.az xəbər verir ki, bu barədə "European Pravda" "Exo of Caucasus"a istinadən xəbər yayıb. Bildirilir ki, nazir bunu Tbilisidə keçirdiyi brifinqdə deyib.

Gürcüstan Ədliyyə Nazirliyinin rəhbəri radikal müxalifəti dağıdıcı hərəkətlərdə ittiham edərək bildirib ki, onlar “siyasi həyat qabiliyyətini saxlamaq üçün” Saakaşvilinin səhhəti ilə bağlı məsələni siyasiləşdirir və manipulyasiya edirlər.

Onun sözlərinə görə, eks-prezidentin reanimasiyaya köçürülməsini tələb edən kampaniya cəmiyyətdə siyasətçinin durumu ilə bağlı yanlış təsəvvür yaratmaq və emosional fonu süni şəkildə gücləndirmək məqsədi daşıyır.

"Müalicə məsələlərində siyasi motivli şəxslərin ictimaiyyəti çaşdırmağa yönəlmiş əsassız açıqlamaları deyil, tibb işçilərinin fikirləri bizim üçün etibarlıdır. Vivamed klinikasının direktorunun dünənki açıqlamasına görə, xəstədə udma funksiyası və ya yeməyə mane ola biləcək hər hansı digər mexanizm pozulmayıb”, - deyə nazir vurğulayıb.

Breqadzenin sözlərinə görə, məhkuma parenteral qidalanma təklif olunub, o, bundan qəti şəkildə imtina edir və bildirir ki, o, yalnız reanimasiya şöbəsinə köçürülərsə, belə qidalanma ilə razılaşacaq.

"Xəstənin fizioloji göstəriciləri normal həddə qalır. Hətta kütlə indeksi də reanimasiya şöbəsində aparılan müalicə parametrlərinə uyğun gəlmir ki, bu da son nəticədə Mixail Saakaşvilinin reanimasiya şöbəsinə köçürülməsi üçün heç bir obyektiv səbəbin olmadığını göstərir. ", - deyə nazir bildirib.

 

Xatırladaq ki, fevralın 1-də prezident Vladimir Zelenski avstriyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında Saakaşvilinin fotoşəkillərini göstərib və Gürcüstan hakimiyyətini ona açıq işgəncə verməkdə ittiham edib.

Qeyd edək ki, səhhətinə görə azadlığa buraxılması üçün vəkillərin vəsatət qaldırdığı məhkəmə iclasında Saakaşvili həbsdə olduğu müddətdə necə arıqladığını da göstərib.

O, həbsdə işgəncələrə məruz qaldığını və zəhərləndiyini də bildirib.

Adəm

 

Mənbə: publika.az