Rusiyadan İsrailə Ukrayna silah yardımı ilə bağlı XƏBƏRDARLIQ

Rusiyadan İsrailə Ukrayna silah yardımı ilə bağlı <span class="qirmizi">XƏBƏRDARLIQ</span>

Rusiya Ukraynaya silah tədarükünü düşünən İsrailə xəbərdarlıq edib.

Ölkə.Az İHA-ya istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova silahların ölkəsi üçün qanuni hədəf sayılacağını bildirib.

Sözçü İsrailə Ukraynaya silah göndərilməsinin böhranı uzadacağı barədə xəbərdarlıq edib.

“Bütün silah daşıyan ölkələr başa düşməlidir ki, biz bu silahları Rusiya silahlı qüvvələri üçün qanuni hədəf kimi qəbul edəcəyik. Hər kəs bunu bilməlidir”,- deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Ukraynaya hərbi yardımı nəzərdən keçirdiklərini və İranın silah istehsalına qarşı hərəkət etdiklərini bildirib.

Mənbə: olke.az