KİV: “Türkiyə ABŞ və digər ölkələrdən hazırlanan terror aktları ilə bağlı kəşfiyyat məlumatı almayıb”

KİV: “Türkiyə ABŞ və digər ölkələrdən hazırlanan terror aktları ilə bağlı kəşfiyyat məlumatı almayıb”<span class="qirmizi"></span>

“Türkiyə ABŞ-dan ölkədə hazırlanan terror aktları ilə bağlı kəşfiyyat məlumatı almayıb”.

“Report” xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

“Bəyanatlarında dəqiq ünvan göstərərək mümkün terror aktı barədə məlumat verən bu ölkələrin heç biri Türkiyə təhlükəsizlik orqanları ilə əlaqə saxlamayıb. Kəşfiyyat və təhlükəsizlik mənbələri ABŞ və digər ölkələrdən heç bir kəşfiyyat məlumatı və ya xəbərdarlıq almadığını bildiriblər”, - mənbə vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ səfirliyi vətəndaşlarına İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, fevralın 1-də Böyük Britaniya, Niderland və Almaniya Türkiyənin İstanbul şəhərində terror təhlükəsini əsas göstərərək bu şəhərdəki baş konsulluqlarını bağlayıb.

Mənbə: report.az