Azərbaycanın U-21 millisi İngiltərə və Ukraynaya rəqib olub

Azərbaycanın U-21 millisi İngiltərə və Ukraynaya rəqib olub<span class="qirmizi"></span>

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu komanda F qrupunda Lüksemburq, Şimali İrlandiya, Serbiya, Ukrayna və İngiltərə yığması ilə mübarizə aparacaq.

Qeyd edək ki, qitə çempionatının final mərhələsi 2025-ci ildə Slovakiyada keçiriləcək.

Mənbə: report.az