Bu ölkə 4 rus diplomatını ölkədən qovur

Bu ölkə 4 rus diplomatını ölkədən qovur<span class="qirmizi"></span>

Avstriya 4 rus diplomatı "diplomatik statusları ilə uyğun gəlməyən" hərəkət etdiklərini əsas gətirərək ölkədən çıxarmaq qərarına gəlib.

Xeberoxu.Az-ın xarici mediaya istinadən məlumatına görə, mövzu ilə bağlı Avstriya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda, sözügedən 4 diplomatdan 2-nin paytaxt Vyanada Birləşmiş Millətlər Təşkilatı tərəfindən akkreditə olunduğu bildirilib.

Deportasiya qərarına səbəb diplomatların “diplomatik statusla bir araya sığmayan” fəaliyyət göstərməsi olub.

 

Mənbə: xeberoxu.az