Çin Ukrayna müharibəsindən dərs alıb - Stoltenberq

Çin Ukrayna müharibəsindən dərs alıb -  Stoltenberq<span class="qirmizi"></span>

“Çin Rusiyanın Ukraynaya hücumlarının nəticəsini diqqətlə izləyib və öz gələcək qərarlarına təsir edə biləcək dərslər alıb”.

Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. O Şərqi Asiyaya səfəri çərçivəsində Tokioyadakı çıxışında bildirib ki, Yaponiya mühüm qlobal aktyordur və sülhü fəal şəkildə dəstəkləyir. Terrorizmdən iqlim dəyişikliyinə, kiber təhdidlərə və nüvə silahlarının yayılmasına qədər qlobal problemlərin artdığını ifadə edən Stoltenberqin sözlərinə görə, qlobal nizam təhdid altındadır.

Stoltenberq Rusiyanın Ukraynaya hücumunun Avropada sülhü sarsıtdığını ifadə edib. Şimali Koreyanın raket sınaqlarının beynəlxalq təhlükəsizliyi təhdid etdiyini ifadə edən Stoltenberq, Çinin Hind-Sakit Okeanda təsirini artırmasından narahat olduqlarını bildirib.

 

 

Mənbə: metbuat.az