Anar Kərimovun qohumu işdən çıxarıldı - Nöqsanlara görə

Anar Kərimovun qohumu işdən çıxarıldı - Nöqsanlara görə<span class="qirmizi"></span>

Mədəniyyət Nazirliyi Mədəniyyət Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli işində yol verdiyi ciddi qanun pozuntularına görə tutduğu vəzifəsindən azad edilib.

APA-nın xəbərinə görə, Səadət Xələfbəyli ilə yanaşı, Mərkəzin direktor müavini və şöbə müdiri də eyni qanun pozuntularına görə işdən azad olunublar.

Əldə olunan məlumatlara görə, işdən çıxarılan Səadət Xələfbəyli keçmiş mədəniyyət naziri Anar Kərimovun qohumudur.

Mənbə: qaynarinfo.az