Ukraynadakı münaqişənin bitməsini hamımız istəyirik - Lavrov

Ukraynadakı münaqişənin bitməsini hamımız istəyirik -  Lavrov<span class="qirmizi"></span>

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Ukraynaya dəstəyini tənqid edib və bu dəstəyin Rusiyanın hərbi əməliyyatının formalaşmasında təsirli olduğunu bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya dövlət televiziyasına danışan Lavrov Qərbin Kremlin danışıqları rədd etməsi ilə bağlı açıqlamalarını “yalan” adlandırıb və “Hamımız Ukraynadakı münaqişənin bitməsini istəyirik” - deyib.

Qərbin Ukraynaya uzaqmənzilli silahlar göndərməkdə davam etdiyini qeyd edən rusiyalı nazir Moskvanın düşmənlərini Rusiya sərhədlərindən daha da uzaqlaşdırmaqla cavab verəcəyini bildirib.

Lavrov Rusiyanın mövcud vəziyyətdən daha güclü çıxacağını müdafiə edib.

Manşet.az

Mənbə: manset.az