Avropanın "növbəti Ukraynası" bu ölkədir - Kremldən mesaj

Avropanın "növbəti Ukraynası" bu ölkədir - Kremldən mesaj<span class="qirmizi"></span>

“Qərb siyasətçiləri Moldovanı “növbəti Ukrayna” rolu üçün nəzərdən keçirirlər və artıq demək olar ki, “hər şeyə hazır olan” prezident təyin ediblər”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”-yə müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, “Qərb NATO-ya üzv olmaq istəyən və Rumıniya vətəndaşlığına malik olan Maya Sandunu kifayət qədər spesifik üsullarla ölkə prezidenti postuna qoya bilib”.

“O, Rumıniya ilə birləşməyə hazırdır və ümumiyyətlə, demək olar ki, hər şeyə hazırdır”, - deyə nazir yekunlaşdırıb.

Xatırladaq ki, ötən ay Maya Sandu “Politico”-ya müsahibəsində Moldovanın NATO-ya daxil olmaq üçün konstitusiyada təsbit olunmuş neytral statusundan imtina edə biləcəyini deyib.

Akqabay

Mənbə: publika.az