63% fransız Makronu pis prezident kimi görür SORĞU

63% fransız Makronu pis prezident kimi görür SORĞU<span class="qirmizi"></span>

Baş nazir Elizabet Bornun da reytinqi kifayət qədər aşağı düşüb

Fransa prezidenti Emmanuel Makronun və baş nazir Elizabet Bornun reytinqləri ilə bağlı aparılan yeni sorğuya görə onların populyarlıqları son 1,5 ay ərzində beş bənd düşərək 36%-31% arasında dəyişir. SİA-ya daxil olan məlumata görə, bu barədə “Odox” institutunun keçirdiyi sorğusunda bildirilir. Belə ki, fransız respondentlərinin 3-dən 2-si – 63%-i Makronu “respublikanın pis prezidenti” hesab edir. Respondentlərin 66%-i isə Bornun “yaxşı baş nazir olmadığı” qənaətindədirlər.

İnstitutun məlumatına görə, bu, Bornun ötən ilin mayında vəzifəyə gəldiyi vaxtından indiyə kimi olan ən pis reytinq populyarlığı göstəricisidir.

Fransanın ən populyar siyasətçisi Normandiyanın liman şəhəri olan Qavrın meri Eduard Filippdir. O, fransızların 36%-nin rəğbətini qazanıb.

Qeyd olunur ki, Filipp 2021-ci ildə təsis edilmiş sağ mərkəzçi “Horizontlar” partiyasının sədridir. Bu partiya 2022-ci ildə keçirilmiş parlament seçkilərində seçiki alyansının bir hissəsi olub və həmin alyansda Makronun “Marş üzərində Respublika” partiyası da iştirak edib.

Xatırladaq ki, Makron hakimiyyətinin pensiya yaşının artırılması ilə bağlı qərarından sonra ölkədə sosial narazılıqlar yenidən artmağa başlayıb və ölkədə iqtisadi maraqları təmin olunmayan fransız vətəndaşların “Sarı jiletlilər” adı altında tanınan kütləvi etiraz aksiyaları da artıq bir neçə ildir ki, davam edir.

Rövşən RƏSULOV

Mənbə: sia.az