Lavrovdan ermənilərə sərt şapalaq: Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilmişdi...

Lavrovdan ermənilərə sərt şapalaq: Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilmişdi...<span class="qirmizi"></span>

Qarabağ müharibəsinin tarixi onilliklərlə ölçülür. Ermənistan uzun illər Azərbaycanın Qarabağ ətrafında yerləşən 7 rayonunu işğal etmişdi. Rusiya çoxsaylı həll variantları təklif etsə də, Ermənistanın hələ keçmiş rəhbərliyi bu variantları müsbət qəbul etmirdi və heç vaxt iddia etmədiyi əraziləri əlində saxlamağa çalışırdı”.

Publika.az xəbər verir ki, bunu “Rossiya 24” telekanalına və “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, Azərbaycan öz ərazilərini geri qaytarıb.

“Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilmişdi, Azərbaycan həmin əraziləri geri qaytarıb. İndi həm Ermənistan, həm də Azərbaycan Avropa İttifaqı ilə birlikdə 1990-cı ilin dekabrında Alma-Ata Bəyannaməsində göstərilən şərtlərlə sülh müqaviləsi bağlamağa hazır olduqlarına dair sənəd imzalayanda, sonrakı addımları müəyyən etmək bizim üçün bir qədər çətindir. Çünki Alma-Ata Bəyannaməsində deyilir ki, yeni müstəqil dövlətlər arasında sərhədlər Sovet İttifaqının, ittifaq respublikalarının, o cümlədən Ermənistan SSR və Azərbaycan SSR-in sərhədləri boyunca keçəcək. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də Azərbaycan SSR-in tərkibində olub", - Rusiya XİN rəhbəri bildirib.

 

Akqabay

Mənbə: publika.az