İmran Xanın müttəfiqi SAXLANILDI

İmran Xanın müttəfiqi  SAXLANILDI<span class="qirmizi"></span>

Pakistanın keçmiş baş naziri İmran Xanın tanınmış müttəfiqi, keçmiş daxili işlər naziri və Əvami Müsəlman Liqasının (AML) lideri Şeyx Rəşid Əhməd xanın qətlinə cəhddə keçmiş prezident Asif Əli Zərdarini ittiham etdiyi üçün saxlanılıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pakistan Xalq Partiyasının (PPP) Ravalpindi sədri Raca İnayatur Rəhman əsassız iddialarla xalqı zorakılığa təhrik etdiyi üçün AML lideri Əhmədi şikayət edib. Şikayətdən sonra polis Əhmədi Ravalpindidəki evində saxlayıb.

Səlahiyyətlilər Əhmədin keçmiş prezident və PPP həmsədri Zərdarini İmran Xana qarşı sui-qəsd hazırlamaqda günahlandırdığı üçün saxlanıldığını bildiriblər.

Xan, tvitterdə Əhmədin nəzarətə alınmasına sərt reaksiya verib.

Manşet.az

Mənbə: manset.az