Burada 49 avro ödəməklə 1 ay gəzəcəksiniz - Aylıq bilet

Burada 49 avro ödəməklə 1 ay gəzəcəksiniz - Aylıq bilet<span class="qirmizi"></span>

Almaniya hökuməti bu yaz 49 avroluq aylıq biletin tətbiqini təsdiqləyib.

Publika.az “European Pravda”a istinadən xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Qəbul edilmiş qanun layihəsinə əsasən, bilet mayın 1-dən etibarən satışda olacaq və aylıq bilet kimi əldə olunacaq.

Bir həftə əvvəl Almaniya bölgələri ilə razılaşdırıldığı kimi, bilet şəhərlərarası qatarlar və uzun məsafəli avtobuslar istisna olmaqla, əksər ictimai nəqliyyat növləri üçün etibarlı olacaq.

Nəqliyyat naziri Folker Vissinq sosial mediadakı videomüraciətində "İndi biz qanunvericilik prosesinə mümkün qədər tez başlamaq istəyirik" deyib.

Almaniya parlamenti və parlamentin yuxarı palatası olan Bundesratla yanaşı, qanun layihəsinin Avropa Komissiyası tərəfindən də təsdiqlənməsi lazımdır.

Qeyd edək ki, biletin satışı Almaniyanın regionlarına həvalə olunacaq. Əvvəlcə ötən yay təqdim edilən məşhur 9 avroluq biletin varisinin daha tez təqdim ediləcəyi gözlənilirdi.

Ancaq aylardır federal və əyalət hökumətləri təşkilatlanma və maliyyələşdirmə haqqında mübahisə edir. İndi qəbul edilən kompromis Berlinin 2025-ci ilə qədər regionlara hər il 1,5 milyard avro, eləcə də əlavə regional vəsait ayırmasını nəzərdə tutur. Regionlar da öz növbəsində 1,5 milyard avro verəcək.

Bununla belə, federal və əyalət hökumətlərinin birinci ildə bölüşmək istədikləri və sonrakı illərdə təqdir etdikləri sxem üçün daha yüksək icra xərcləri gözlənilir.

Yeni endirimli bilet həm almanların, həm də turistlərin yayda endirimli tariflə ictimai nəqliyyatdan istifadə edə biləcəyi "9 avroluq bilet" adlanan bileti əvəz edəcək. Ucuz səyahət proqramı Almaniya hökumətinə 2,5 milyard avrodan çox başa gəlib.

Adəm

 

Mənbə: publika.az