Ermənistan ehtiyatda olan hərbi qulluqçular üçün təlimlərin yeni mərhələsini təsdiqləyib

Ermənistan ehtiyatda olan hərbi qulluqçular üçün təlimlərin yeni mərhələsini təsdiqləyib<span class="qirmizi"></span>

Ermənistanda martın 1-dən mayın 12-dək Silahlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları üçün təlimlərin yeni mərhələsi keçiriləcək.

Sonxeber.az Armenpress-ə istinadən xəbər verir ki, Qərar Nazirlər Kabinetinin fevralın 2-də keçirilən iclasında təsdiq edilib.

Ehtiyatda olan 3281-ə qədər vətəndaş hərbi xidmətə çağırılacaq. Onlardan 2897-si sıravi və gizir, 152-si baş gizir, 232-si reaktiv artilleriya və ümumqoşun ixtisası üzrə hərbi qulluqçudur.

Hər bir vətəndaş 25 günlük hazırlıq kursuna çağırılacaq.

Şəbnəm Lətifi

 

 

 

 

 

Mənbə: sonxeber.az