Sumqayıt şəhərinin prokuroru işdən çıxarılıb.
Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov tutduğu vəzifədən azad edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.
Bildirilib ki, Sumqayıt şəhər prokuroru vəzifəsinin icrası müavin İsmayıl Abıyevə həvalə olunub.