Bu nəhəng gəmi batırılacaq - Türklər almadı

Bu nəhəng gəmi batırılacaq - Türklər almadı<span class="qirmizi"></span>

Braziliya Hərbi Dəniz Qüvvələri “San-Paulu” təyyarədaşıyan gəmisini batırmağa qərar verib.

Publika.az xəbər verir ki, Braziliya Müdafiə Nazirliyi köhnə, istismardan çıxarılan nəhəng "San-Paulu" gəmisinin batırılması qərarına gəlib.

Bildirilir ki, onun barəsində Türkiyə tərsanələrindən birinə satılması barədə qərar verilsə də, alıcılar gəmini daha yaxından araşdıraraq, almaq fikrindən daşınıblar. Çünki gəminin göyərtəsində yüzlərlə ton asbest və təhlükəli sintetik material olduğu aşkarlanıb.

Qeyd olunur ki, əsas təhlükə, təxminən 600 ton ağırlığında olan asbestdir. Gəminin bir çox arakəsmələri ondan hazırlanır.

 

Gəmi 1960-cı illərdə Sakit okeanda Fransanın atmosfer nüvə sınaqlarında da iştirak edib.

Mehti Kamiloğlu

Mənbə: publika.az