Xoydakı soydaşlarımız İran hökumətindən şikayət edir - FOTO/VİDEO

Xoydakı soydaşlarımız İran hökumətindən şikayət edir - FOTO/VİDEO<span class="qirmizi"></span>

İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində zəlzələ nəticəsində sadə vətəndaşlara böyük ziyan dəyib.

BAKU.WS xəbər verir ki, rəsmi xəbərlərdə Azərbaycan türklərinin sıx yaşadığı bölgədə zəlzələ nəticəsində 1500 evin dağıldığı açıqlanıb.

İran hökuməti SEPAH və "Bəsic" (könüllülər) yerli sakinlərə yardımları çatdırmırlar.

Məlumata görə, sadə vətəndaşlar evsiz-eşiksiz qalması, gündəlik ərzaq və tələbatlardan məhrum olduğu üçün yerli hakimiyyəti tənqid edir və onları tez bir zamanda insanlara yardım göstərməsini tələb edir.

 

Qeyd edək ki, Güney Azərbaycanın Xoy bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların sonrakı günlərdə də davam etməsi, eləcə də qarlı-şaxtalı hava şəraiti əhalini acınacaqlı duruma salıb.

Bu arada Azərbaycan dövləti də Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza hər cür yardım göstərməyə hazırdır və bunun üçün bütün resurslar da var. Lakin İran dövləti Azərbaycanın bu yardımı soydaşlarımıza çatdırmasına imkan vermir.

Mənbə: baku.ws