İki deputatın mandatı əlindən alındı - Korrupsiya faktına görə

İki deputatın mandatı əlindən alındı - Korrupsiya faktına görə<span class="qirmizi"></span>

Avropa Parlamentinin iki üzvünün mandatı əlindən alınıb.

Publika.az xəbər verir ki, Brüsseldə keçirilən plenar iclasda səs-küylü korrupsiya işində əli olan Avropa Parlamentinin iki üzvü - belçikalı Mark Tarabella və italiyalı Andrea Kozzolino deputat toxunulmazlığından məhrum edilib.

Bildirilir ki, deputatların əksəriyyəti qərarın lehinə səs verib.

Qeyd edək ki, keçən il dekabrın əvvəlində Belçika polisi və prokurorları Avropa Parlamentinin yerləşdiyi Brüsseldə Qətərdə futbol üzrə dünya çempionatının keçirilməsi ilə bağlı korrupsiya iddialarının araşdırılması ilə əlaqədar bir neçə axtarış aparıblar. Avropa Parlamentinin sədr müavini, yunan siyasətçisi Eva Kaili saxlanılıb.

 

Mehti Kamiloğlu

Mənbə: publika.az