İsveçdə daha bir Quran qalmaqalı

İsveçdə daha bir Quran qalmaqalı<span class="qirmizi"></span>

İfrat sağçı Rasmus Paludanın Qurana hücumunun əks-sədaları davam etdiyi bir vaxtda İsveçdə növbəti qalmaqal yaşanıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, İsveçin Karlskrona şəhərinin Ronnebi rayonunun müxtəlif yerlərində üzərində və içərisində təhqirlər yazılmış 3 Quran tapılıb.

Üzərində ölüm təhdidlərinin yazıldığı Quranın avtobus dayanacağında, digərlərinin isə ictimai yerlərdə olduğu bildirilib.

İsveç dövlət televiziyası SVT-yə açıqlama verən Ronnebi islam dərnəyinin üzvü Qudlauq Hilmarsdottir hadisədən son dərəcə kədərləndiklərini deyib.

“Quran bizim həyatımızda bələdçidir”,- o əlavə edib.

Xatırladaq ki, Ronnebidə 2020-ci ildə müsəlmanların məscid kimi istifadə etdiyi binanın qarşısında yandırılmış Quran səhifələri və donuz əti qoyulmuşdu.

Qeyd edək ki, ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmışdı.

Günay

 

Mənbə: olke.az