İsveçdən etiraf: Qurani-Kərimin yandırılması...

İsveçdən etiraf: Qurani-Kərimin yandırılması...<span class="qirmizi"></span>

İslam əleyhinə keçirilən təxribat aksiyaları sadəcə Türkiyə ilə dialoqu deyil, eyni zamanda ölkənin xaricdəki imicini zədələdi.

Axar.az xəbər verir ki, bu barədə İsveç Baş naziri Ulf Kristersson media konfransında deyib.

“İsveçdə ötən həftələrdə baş verən olaylar Türkiyə ilə hörmətə söykənən dialoqu çətinləşdirdi. Kiçik qruplar və hətta fərdlərin keçirdiyi fərdi təxribatların İsveçin xarici imicinə müəyyən təsirləri var”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, Stokholmda Türkiyə səfirliyi qarşısında hökumətin himayəsi altında Qurani-Kərimin yandırılması islam dünyasında, o cümlədən Türkiyədə ciddi narazılığa səbəb olub, Ankara-Stokholm arasında münasibətlərin soyuqlaşmasına gətirib çıxarıb.

Mənbə: axar.az