İran İsfahanda hərbi obyektə zərbədə rəsmən İsraili və daha bir ölkəni ittiham etdi...

İran İsfahanda hərbi obyektə zərbədə rəsmən İsraili və daha bir ölkəni ittiham etdi...<span class="qirmizi"></span>

İranın BMT-dəki səfiri Əmir Səid İrəvani bu təşkilatın baş katibi və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərib. Məktublarda ilk dəfə olaraq İsraili rəsmən İsfahanda hərbi obyektə zərbə endirilməsində ittiham edilib.

Bu barədə "Focus" nəşri məlumat yayıb.

İran İslam Respublikası nümayəndəsinin fikrincə, qabaqcıl silah istehsal edilən "sənaye kompleksi"nə hücum beynəlxalq hüququn pozulmasıdır. İrəvani İranın nüvə proqramının inkişaf etməsinə imkan verməmək öhdəliyini üzərlərinə götürmüş İsrailin baş naziri Binyamin Netanyahunun, İstail Müdafiə Ordusu Baş Qərargah rəisinin müxtəlif bəyanatlarına istinad edib.

İran İslam Respublikasının səfiri BMT-yə belə bəyanatları pisləməyə çağırış edib. İrəvani qeyd edib ki, Tehran Qüdsdən gələn təhdidlərə cavab vermək üçün "qanuni hüquqa" malikdir. Səfir həmçinin qeyd edib ki, İran harada və lazım bildiyi zaman qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır.

İran səfirinin nitqində rəsmi Kiyevə də pay düşüb. Diplomat adıçəkilən hücum barədə ukraynalı məmurun "təxribatçı və əsaslandırılmayan" bəyanatına etiraz edib. Bu məmur İran İslam Respublikasının "mühüm infrastrukturuna" zərbəni alqışlayıb, bu da, İrəvaninin fikrincə, BMT tərəfindən pislənməyə layiqdir.

Bundan öncə "Tasnim" dövlət xəbər agentliyi məlumat verib ki, İran hakimiyyəti bu hücumda istifadə edilən PUA-nın mənşəyini müəyyən edib. PUA-nın istehsalçısı partlayan aparatlardan qalan detallara görə müəyyən edilib, məlumatda deyilir. Lakin kimin müəyyən edilməsi dəqiqləşdirilmir.

PUA-ların İran ərazisinə gətirilməsi üsulu da müəyyən edilib. Molla rejiminin iddiasına görə, bunu "əksinqilabi" kürd qruplaşmaları edib. Onlar İraq Kürdüstanından çətin keçilən dağ marşutu ilə PUA-ların detallarını gətirib, sonra sərhəd şəhərlərinin birində xüsusi quraşdırılmış gizli sexdə toplayıb.

Hər şeydən göründüyü kimi, partlayıcı maddə ilə dolu kamikadze-dronları elə həmin "əksinqilabi" kürdlər buraxıb. Bu aksiyanın arxasında kimin dayandığını agentlik izah etmir, lakin xatırladır ki, ötən ilin avqust ayında "İsfahanın sənaye obyektlərinin partlayışı üçün sionist kəşfiyyatı tərəfindən təşkil edilmiş kürd elementlərinin terrorçu qrupu" həbs edilib.

Xarici dövlətdə "Mossad" agentlərinin məşğul olduğu diversiya əməliyyatlarının keçirilməsi üçün hazırlıq keçən həbs edilənlər İraq Kürdüstanı vasitəsilə ölkəmizə yüksək texnoloji partlayıcı avadanlıq və materialları keçirməklə İsfahanda mühüm obyektləri partlatmağı planlaşdırıb", - İran nəşri yazıb.

Xəbər verildiyi kimi, bu hücum haqqında məlumatlı olan İsrail mənbələri jurnalistlərə danışıb ki, əməliyyat qarşıda qoyulan vəzifələr nöqteyi-nəzərdən uğurlu olub.

Mənbə: moderator.az