"Ukraynaya “SAMP-T” raketləri 8 həftəyə veriləcək" - İtaliya XİN

"Ukraynaya “SAMP-T” raketləri 8 həftəyə veriləcək" - İtaliya XİN<span class="qirmizi"></span>

İtaliya və Fransa 7-8 həftəyə Ukraynaya “SAMP-T” hava hücumundan müdafiə sistemləri verəcək.

APA ANSA-ya istinadla xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“SAMP-T” zenit-raket kompleksinin (SAM) tərtibçisi və istehsalçısı Avropanın “Eurosam” konsorsiumudur.

Xatırladaq ki, 2022-ci ilin martında İtaliya parlamenti Ukraynaya yardım, o cümlədən hərbi yardım göstərilməsi haqqında qətnaməni təsdiqləyib.

Mənbə: azpolitika.info