Saakaşvili ölsə necə olacaq? - Açıqlama

Saakaşvili ölsə necə olacaq? - Açıqlama<span class="qirmizi"></span>

“Mixail Saakaşvili əslində çox pis vəziyyətdədir. Mənim ehtimalıma görə, Rusiyanın göstərişi ilə Saakaşviliyə qarşı xüsusi münasibət ortaya qoyulur. Mixail Saakaşvili Rusiyaya qarşı idi, ölkəsini Qərbə doğru dartırdı və sözsüz ki, Rusiyanın da ona münasibəti çox aqressiv idi. O, Gürcüstana döndükdən sonra həbs olundu, indisə vəziyyəti həddən artıq ağırdır. İndiki dövrdə Qərbin Gürcüstana kifayət qədər təsir imkanları yoxdur. Bu səbəbdən də Saakaşvilini azad edə bilmirlər”.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin durumu haqqında danışarkən bildirib.

Partiya sədri söyləyib ki, Mixail Sakaaşvili əslində tam olaraq unudulmayıb, sadəcə olaraq onun azad edilməsi arxa plana keçib.

Onun sözlərinə görə, Saakaşvilisiz də Qərb və Rusiya arasında münasibətlər onsuz da kəskin durumdadır, faktiki Ukraynada müharibə edirlər: “Belə bir məqamda aydındır ki, Saakaşvili məsələsi ikinci plana keçib”.

Sərdar Cəlaloğlu əlavə edib ki, məntiqlə Saakaşvilini öldürə bilməzlər, lakin onun özü səhhətini itirə bilər: “Hər halda o cür kalibrli adamı qətl etmək Gürcüstan üçün ağır nəticələrə səbəb olardı. Ona görə də Sakaaşvili daha çox həbsxanada əziyyət çəkir, getdikcə arıqlayır, xəstəliklər tapır. Bu, əlbəttə, onun taleyi üçün çox qorxuludur”.

Partiya sədrbi bildirib ki, əslində maksimum geopolitik gərginliyin müşahidə olunduğu indiki dövrdə Saakaşvilinin həyatını itirməsi dünyada qeyri-adi qarşılanmayacaq: “Misirin keçmiş prezidenti var idi, demokratik yolla hakimiyyətə gəlmişdi. Mursini nəzərdə tuturam. Onu devirdilər, sonra da həbsxanada və ya məhkəmədə vəfat etdi. Dünya buna necə reaksiya verdi? Əslində belə yolla rəqibləri məhv etmək halları olur. Buna güclü ilkin reaksiya da olur, amma zamanla unudulur”.

Mənbə: teleqraf.com