Bayden bu hərbçiləri Ukraynaya göndərməlidir - Çağırış

Bayden bu hərbçiləri Ukraynaya göndərməlidir - Çağırış<span class="qirmizi"></span>

ABŞ prezidenti Co Baydenin administrasiyası Kiyevə kömək etmək üçün Ukraynaya amerikalı hərbçiləri göndərməlidir.

Publika.az xəbər verir ki, ABŞ ordusunun təqaüddə olan zabiti , İraq müharibəsi veteranı Aleksandr Vindman Vaşinqtonu bunu etməyə çağırıb.

"Politico" nəşrinin yazdığına görə, Vindmanın planı 100-200 təcrübəli amerikalı hərbçini Ukraynaya göndərmək və onları cəbhə xəttinə yaxın kiçik bölmələrə sızdırmaqdır.

Onların əsas məqsədi Ukrayna əsgərlərinə Qərbin zədələnmiş texnikasını təmir etmək üçün təlim keçmək olmalıdır.

Aydan

Mənbə: publika.az