Türkiyə müxalifətinin prezidentliyə namizədi: İlk dəfə isim çəkildi

Türkiyə müxalifətinin prezidentliyə namizədi: İlk dəfə isim çəkildi<span class="qirmizi"></span>

Mayın 14-də Türkiyədə keçirilməsi planlaşdırılan seçkilərə az vaxt qalsa da, namizədlə bağlı konsensusa gələ bilməyən müxalifətin “Altılıq Masası” blokunun üzvləri arasında ilk dəfə olaraq adlar hallanmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bloka daxil olan Cümhuriyyət Xalq Partiyasının (CHP) tərəfdarlarının tez-tez sözügedən partiyanın sədri Kamal Kılıçdaroğlunu irəli sürdükdən sonra masa ətrafında mövzu ilə bağlı yeni səslər eşidilməyə başlayıb.

Fevralın 13-də 6 “Altılıq Masası”nın prezidentliyə namizədini açıqlayacağı gözlənilir.

Liderlərin son toplantısı haqda danışan jurnalist İsmayıl Saymaz deyib:

“Səadət partiyasının lideri Karamollaoğlu dünən Davudoğlu və Babacanla görüşü zamanı ilk dəfə Kılıçdaroğlunun namizədliyini dəstəklədiyini bildirib. Hər ikisi buna etiraz etməyib. Karamollaoğlu bundan sonra Kılıçdaroğlu ilə görüşündə “Toplantıda sizin adınız çəkildi və bunu dəstəkləyirəm” deyib.

Məlumatıma görə, Kılıçdaroğlu Karamollaoğlunun sözlərinə qulaq asıb və heç bir cavab verməyib. Karamollaoğlu bu dəfə Demokrat Partiyasının lideri ilə görüşəcək. Uysalın Kılıçdaroğlunu dəstəklədiyi məlumdur”.

Əvvəldən Kılıçdaroğlunun namizədliyinin əleyhinə olan, davamlı olaraq Əkrəm İmamoğlu və Mansur Yavaşın adlarını hallandıran İYİ partiya sədri Maral Akşənərin İmamoğlu və Yavaşın namizədliyi gündəmdən çıxdıqdan sonra CHP liderinin dəstəkləyib-dəstəkləməməsi müzakirə mövzusudur.

Akşənər partiyasının son toplantısında Kılıçdaroğlunun namizədliyinin əleyhinə olduğunu bu sözlərlə dilə gətirmişdi: “Mübarizəmizi heç bir şəxsi ambisiyaya, kresloya qurban vermək olmaz”.

Mənbə: teleqraf.com