Kreml Qafqazda kimin əsl dost olduğunu gördü - Naumov

Kreml Qafqazda kimin əsl dost olduğunu gördü - Naumov<span class="qirmizi"></span>

Ötən gün çıxış edən Rusiya XİN rəhbəri Sergey Lavrovun sözləri Kremlin Cənubi Qafqaz regionunda ümumi xarici siyasət çərçivəsində Ermənistana münasibətini dəyişmək niyyətindən xəbər verir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.

“Uzun illər Rusiyanın bu regiondakı siyasəti Ermənistanla müttəfiqlik sazişinin mövcudluğuna və Azərbaycanla dost, lakin təmkinli münasibətlərə əsaslanırdı. Hazırda İrəvan Bakı ilə münasibətlərinin nizamlanmasında Moskvanın vasitəçiliyindən imtina edir, Ermənistan liderləri və ilk növbədə Nikol Paşinyan Rusiya diplomatiyasına, sülhməramlılarına və ümumilikdə Kremlə qarşı təhqiramiz hücumlara yol verir. Buna görə də Rusiya Ermənistanla münasibətləri yenidən nəzərdən keçirməyə başlayır. İrəvanla müttəfiqlikdə Rusiya ancaq təhqir görür. Ermənistan daim yeni müttəfiqlər, vasitəçilər axtarır və Rusiyanın maraqları ilə rahat şəkildə alver edir. Azərbaycan isə Rusiyanın düşdüyü çətin vəziyyətə baxmayaraq, müttəfiqlik öhdəliklərini yerinə yetirir və dostluq münasibətlərini tam şəkildə saxlayır. Rusiya ilə Azərbaycan arasında faktiki müttəfiqlik münasibətləri barədə bəyanat 2022-ci il fevralın 22-də, hamının Rusiyadan üz döndərməyə hazır olduğu vaxt verilib. İndi biz bunun Rusiya rəhbərliyinin çıxışlarında necə rəsmiləşdiyini görürük. Lavrovun bəyanatını alqışlayıram, çünki bu gün rus kabinetlər Rusiyanın Cənubi Qafqazda əsl dostu, müttəfiqi və tərəfdaşının kim olduğunu anlamağa başlayıblar”, - o bildirib.

Mənbə: axar.az