İran rejimindən Azərbaycana qarşı QORXUNC PLAN: Kəndlər boşaldılır - ŞOK İDDİA

İran rejimindən Azərbaycana qarşı QORXUNC PLAN: Kəndlər boşaldılır - ŞOK İDDİA<span class="qirmizi"></span>

"Xoyda baş verən zəlzələ ilə bağlı Azərbaycanın yardım təklifi çox doğru addım idi".

Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, molla-fars rejimi soydaşlarımızı yurd-yuvasından köçürmə siyasətini başladıb:

"Azərbaycan həm xalq olaraq, həm cəmiyyət olaraq, QHT, ictimai təşkilatlar olaraq, həm də dövlət olaraq Cənubi Azərbaycanda baş vermiş bu faciədə oradakı soydaşlarımızın yanında olmalı, onları bu soyuq qış günündə taleyin ümidinə buraxmamalıdır. Hazırda Xoy şəhərində "-10" dərəcə temperatur müşahidə olunur. Həmin insanlar köməksiz vəziyyətdə qarın, çovğunun altındadırlar, onlara İran molla-fars rejimi tərəfindən heç bir yardım göstərilmir, ya da ki, onların bəzilərinə paylanılmış çadırların heç bir halda soyuqdan qorumaq imkanı yoxdur. Yəni çox keyfiyyətsizdir.

Çox qəribədir ki, İran höküməti indiki iqtisadi çətinlikləri fonunda demək olar ki, ölkə əhalisini nə istiliklə, nə bir sıra ərzaq məhsulları ilə, nə də təbii qazla təmin edə bilmir. Eyni zamanda bu zəlzələdə zərər çəkmiş azərbaycanlı soydaşlarımızı isə taleyin ümidinə buraxıb. Onları nə qida ilə, nə isti yeməklə, nə isti yaşayış yerləri ilə təmin etməyib. Bir çoxları çöllərdə qalıb. Hətta deyilənə görə zəlzələ bəhanə gətirilərək yüzlərlə kənd köçürülüb. Bununla da İran rejimi çoxdan planlaşdırdığı Türkiyə ilə Azərbaycan arasındakı əraziyə başqa etnik qrupların köçürülməsi, oradan azərbaycanlıların çıxarılması planının həyata keçirildiyi deyilir.

Aydın məsələdir ki, burada İranın Türkiyədən və Azərbaycandan gələn yardımları qəbul etməməsi tamamilə qəsd xarakteri daşıyır. Yəni burada ilkin məqsəd var. Bu məqsəd, pis niyyət də ondan ibarətdir ki, İran istəyir ki, heç bir halda Türkiyədən və Azərbaycandan ora yardım getməsin. Yerli əhali bu soyuqda çöldə evsiz-eşiksiz, qidasız, isti yeməksiz qaldığı bir dövrdə İran höküməti onlara yardım etmirsə, onun əvəzində Türkiyənin və Azərbaycanın da onların yanlarında olduğunu bilməməyə çalışırlar. Maksimum çalışırlar ki, Türkiyə, Azərbaycan bayraqlı yardım maşınları orada olmasın.

İran nə özü oradakı soydaşlarımızı istiliklə, yardımla təmin edir, nə də ki, Türkiyə və Azərbaycanın yardıma ehtiyacı olanların vəziyyətini yüngülləşdirməyə icazə verir. Əlbəttə ki, səfriliyimizə olan hücumdan sonra bu məsələdə İran hökümətinin radikallaşması gözlənilən idi. Amma bundan əvvəlki bir neçə hallarda da biz görmüşük ki, İran höküməti bir dəfə Türkiyənin, bir neçə dəfə Azərbaycanın, bir neçə halda isə ümumiyyətlə heç bir ölkənin yardımını qəbul etməyib. Yəni İran rejimi tərəfindən bu cür məntiqsiz addımların atılması birinci dəfə deyil. Ancaq əlbəttə ki, sırf bu şəraitdə Türkiyənin, Azərbaycanın yardım təklifini qəbul etməməsi siyasi xarakter daşıyır. İran rejimi həm əhali arasında Azərbaycan və Türkiyənin nüfuzunun qalxmasını, eyni zamanda Azərbaycan və Türkiyə bayrağının o ərazidə görünməsini istəmir".

Təhməz Əsədov
Milli.Az

Mənbə: news.milli.az