Moskvada əlverişsiz hava şəraiti səbəbindən 54 reys gecikib və ya ləğv edilib

Moskvada əlverişsiz hava şəraiti səbəbindən 54 reys gecikib və ya ləğv edilib<span class="qirmizi"></span>

Əlverişsiz hava şəraiti Moskvanın hava limanlarında 54 təyyarə reysinin gecikməsinə və ya ləğv edilməsinə səbəb olub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, “Domodedovo” hava limanında 10 reys gecikib, 1-i ləğv olunub, “Vnukovo”da 3 reys gecikib, 5-i ləğv olunub.

Şeremetyevo hava limanında bu göstərici müvafiq olaraq 10 və 1-ə bərabərdir.

Mənbə: report.az