ABŞ-la Çin arasında "kəşfiyyat şarı" İNSİDENTİ: Dövlət katibi səfərini təxirə saldı

ABŞ-la Çin arasında "kəşfiyyat şarı" İNSİDENTİ:  Dövlət katibi səfərini təxirə saldı<span class="qirmizi"></span>

ABŞ dövlət katibi Entoni Blinkenin Çinə planlaşdırılan səfəri meteoroloji araşdırma ilə bağlı insident səbəbindən təxirə salınıb.

Avropa.info bildirir ki, bu barədə anonimlik şərti ilə mediaya ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi məlumat verib.
“İdarələrarası tərəfdaşlarımızla, eləcə də Konqreslə məsləhətləşmələrdən sonra belə qənaətə gəldik ki, katib Blinkenin Çinə səfəri üçün şərait indiki məqamda yetişməyib”, - deyə rəsmi bildirib.
Onun sözlərinə görə, Blinken səfərin ləğvi ilə bağlı çinli həmkarı Vanq Yini xəbərdar edib. Eyni zamanda dövlət katibi “şərtlər imkan verdikdə, ilk fürsətdə” Çinə gedəcəyini qeyd edib.
“Eyni zamanda, biz bu insidentlə bağlı qorxularımızı dağıtmaq üçün Çinlə əlaqə kanallarını açıq saxlayacağıq”, - diplomat bildirib.
Qeyd edək ki, Blinken gələn həftə sonu Çinə getməli idi.
Daha əvvəl məlumat verilmişdi ki, ABŞ hakimiyyəti ölkə ərazisi üzərində olduğu üzə çıxan kəşfiyyat şarını qeydə alıb və izləyir. Pentaqon hava şarının Çinə aid olduğunu bildirib.
Çin Xarici İşlər Nazirliyi ABŞ hava məkanında görünən şarın həqiqətən də Çindən gəldiyini etiraf edib.
Nazirlik izah edib ki, bu, qeyri-ixtiyari olaraq ABŞ ərazisi üzərində olan elmi tədqiqatlar üçün mülki aparatdır.
Pekin baş vermiş hadisədən təəssüfləndiyini bildirib.

Mənbə: avropa.info