TDT-nin Baş katibi İsveç və Danimarkada Quranın yandırılmasını qınayıb

TDT-nin Baş katibi İsveç və Danimarkada Quranın yandırılmasını qınayıb<span class="qirmizi"></span>

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Ömürəliyev İsveç və Danimarkada Quranın yandırılmasını qınayıb.

“Report”un Ankara bürosunun məlumatına görə, bu barədə TDT-nin mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, baş verən bu mənfur əməl ən kəskin şəkildə pislənilir.

Qeyd edək ki, İsveç və Niderlanddan sonra Danimarkada müsəlmanların müqəddəs kitabı Qurana qarşı təhqiramiz hərəkətlərə yol verilib. Eyni hadisənin Finlandiya və Norveçdə baş verməsinin qarşısı alınıb.

Mənbə: report.az