Zelenski Moskva ilə dialoqa hazırlaşır - KİV

Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ilə dialoqa başlamaq planı üzərində işləyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Giorgio Meloni “Rainews24” teekanalına müsahibəsində bildirib.
“Zelenski dialoq açmaq planı üzərində işləyir və ədalətli sülhə nail olmaq üçün biz səylərimizi artırmalıyıq. Bizim yeganə imkanımız Ukraynaya kömək etməkdir”, -deyə nazir vurğulayıb.
İtaliyanın Baş naziri əlavə edib ki, o, xüsusi əməliyyatın ildönümü olan 24 fevrala qədər Kiyevə səfər edəcək.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

“Murdar əllərinizi Türkiyədən çəkin” - Süleyman Soylu

SONRAKI XƏBƏR

Dünyada ilk dəfə böyrək hüceyrələri bərpa edildi