"ABŞ həqiqətən müharibəni dayandırmaq istəsəydi, Vaşinqton barmaq cırtması ilə narkotiklərlə kefləndirdikləri kölələrinə danışıqlar masası arxasında əyləşməyi əmr edərdi..."
"Ağ evdə və Kapitolidə olan mənəvi şikəstlər, düşkün və quzğunlar sülhdə maraqlı deyil..."
"Avropalılara isə yalnız özlərinə bu qədər miskin rəhbərlər seçdiklərinə görə acımaq olar..."
Rusiyanın sabiq prezidenti, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Kiyevin Krıma zərbələr etməyə cəsarətlənəcəyi təqdirdə ağır nəticələr vəd edib.
Moderator.z xəbər verir ki, bu barədə "Focus" nəşri yazıb.
Jurnalist və siyasi icmalçı Nadana Fridrixson "Telegram-kanal"ında "Bloomberg" agentliyinə istinadən yazıb ki, ABŞ-ın Co Bayden administrasiyası ukraynalılara müasir silah sistemləri göndərir və Rusiyanı danışıqlara getməyə vadar etmək üçün Rusiyanın Krımdakı obyektlərinə zərbələr vurmağa icazə verir.
Jurnalist Medvedevdən bunu şərh etməyi xahiş edib.
"Nəticə tam əksinə olacaq. Heç bir danışıq olmayacaq, yalnız qisas zərbələri olacaq. Kiyev hakimiyyətinin altında qalan bütün Ukrayna od tutub yanacaq", - Medvedev təhdid edib.
O, əlavə edib ki, bu məntiq yalnız Ağ evdə və Kapitolidə yetərincə olan "mənəvi şikəstlərə" xasdır. Əgər ABŞ həqiqətən müharibəni dayandırmaq istəsəydi, Vaşinqton barmaq cırtması ilə "bunu narkotiklərlə kefləndirdikləri kölələrinə danışıqlar masası arxasında əyləşməyə əmr edərdi".
"Lakin ABŞ administrasiyasındakı Vaşinqton düşkünləri və quzğunları, sadəcə, bunda maraqlı deyil", - Medvedev iddia edib.
Jurnalist xanım Medvedevdən Krıma və ya Rusiyanın dərinliklərinə zərbələrin nəticələrini konkretləşdirməyi xahiş edib.
Eks-prezident deyib ki, istənilən cavabı verə bilərik. Moskva o cümlədən "doktrina ilə bağlı sənədlərə" uyğun olaraq nüvə silahını da tətbiq edə bilər. "Sizi əmin edə bilərəm ki, cavab tez, sərt və inandırıcı olacaq", - o, bəyan edib.
Fridrixsonun sonuncu sualı Rusiyanın sabiq prezidentinin Avropa İttifaqı vətəndaşlarına münasibəti barədə olub.
Medvedev "energetika və iqtisadi böhrandan əzab çəkən avropalılara acıması" barədə suala cavabında deyib ki, yalnız "nasistlərin hücumlarına" məruz qalan Donbas və digər ərazilərin sakinlərinə acıyır.
"Avropalılara isə özlərinə bu qədər miskin rəhbərlər seçdiklərinə görə acımaq olar", - Medvedev deyib.