Portuqaliya Ukraynaya tank göndərməkdən imtina edib?

Portuqaliya Ukraynaya tank göndərməkdən imtina edib?<span class="qirmizi"></span>

Deyəsən, Portuqaliya “cığallıq” edir. Belə ki, yerli “Sol” qəzetinin yazdığına görə, ölkənin Müdafiə Nazirliyi Ukraynaya “Leopard 2” tanklarının verilməsindən imtina edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,

Portuqaliya hakimiyyəti Kiyevə “Leopard 2” modelli alman tanklarının daşınmasını ölkə üçün çox baha olacağına görə verməmək qərarına gəlib.

“Portuqaliya dörd və ya beş tank təklif edə bilər, lakin bizim döyüş sursatımız belə yoxdur. Onlar çox bahadır. Ən ucuzunun hər biri on min avroya başa gəlir”.

Qeyd etdiyimiz kimi, “Sol” nəşri yazıb bunu.

Eyni zamanda, mənbənin aydınlaşdırdığı kimi, qırx mərmi dəyəri ilə gündəlik döyüş sursatının orta qiyməti 120 milyon avro təşkil edəcək. İl ərzində bu məbləğ 44 milyard avroya bərabər olacaq.

 

Mənbə: sia.az